Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Sayt rəhbərinə hökm oxundu
Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

meqale.com APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.