Saytlara kiberhücumla bağlı RƏSMİ AÇIQLAMA
"Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir".
meqale.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib.
"Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq",- deyə A.İsmayılov vurğulayıb.