“Səbail” - “Turan Tovuz” matçında dava - VİDEO
Azərbaycan Premyer Liqasının 29-cu turunda keçirilən "Səbail" - "Turan Tovuz" (0:0) görüşündə ara qarışıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, tovuzluların yarımmüdafiəçisi Veysəl Rzayev öz komandasının azarkeşləri ilə dava edib.
Buna səbəb azarkeşlərin son zamanlardakı uğursuzluqlara görə futbolçulara etiraz etməsi olub. Fanatların sözlərinə əsəbiləşən V.Rzayev tribunalara çıxaraq onlarla dava edib.