Seçici fəallığının artırılması ilə bağlı videoroliklər hazırlamaqda Trend BİA bizə böyük dəstək oldu – Gənc könüllü - VİDEO
Prezident seçkiləri ərəfəsində ictimai-siyasi proseslərə cəlb olunmaq, təbliğat- təşviqat xarakterli çoxsaylı videoreportajların və roliklərin hazırlanmasında iştirak etmək bizim üçün qüruruverici oldu. Bu prosesdə Trend Beynəlxalq İnformasiya Agentliyi bizə böyük dəstək verdi.
Bu fikirləri Trend-ə Xarici Dillər Universittinin Beynəlxalq jurnalistika fakültəsinin tələbəsi, gənc könüllü Oruc Ələsgərov bildirib.
O, əlavə edib ki, bir aya yaxın könüllü çalışdığı dövrdə çoxsaylı videorolik, reportaj və digər multimedia məhsullarının hazırlanmasında iştirak edib, digər könüllülərlə komanda şəklində işləyib.
İş prosesimiz həyəcanlı idi, eyni zamanda fəxr və qürurla çalışırdıq. Sonda fərqlənən könüllülərə Trend BİA tərəfindən təşəkkürnamə elan edildi. Bizə göstərilən hərtərəfli dəstəyə görə Trend BİA-ya dərin təşəkkürümü bildirirəm", - deyə o, əlavə edib.