“Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başladı
Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçki-2024" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzə peşəkar media nümayəndələri cəlb edilib.
Həmçinin Mərkəzin həm feysbuk səhifəsi, həm də telegram kanalı aktiv fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.