Seçkilər nizam-intizamla keçirilib - Novella Cəfəroğlu
Biz bütün dünyaya göstərdik ki, normal seçki keçirə bilirik.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu seçkilərlə bağlı keçirilən brifinqdə "Mənim səsim" Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu deyib.
O vurğulayıb ki, ölkəmiz bu seçkilərlə yeni eraya qədəm qoyur.
"500-dən çox müşahidəçi ilə məntəqələrdə müşahidələr apardıq. Müxtəlif məntəqələrdəki müşahidəçilərdən aldığımız məlumatlardan məlum oldu ki, seçkilər nizam-intizamla keçirilib. Qayda pozuntusuna rast gəlinməyib", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun