Seçkini neçə müşahidəçi izləyəcək?
Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
MSK sədri qeyd edib ki, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
O, eyni zamanda bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını da açıqlayıb. Qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.