Seda Sayandan əlil pərəstişkarını duyğulandıran jest
Türkiyənin məşhur mügənnisi və aparıcısı olan Seda Sayan əlil pərəstişkarını duyğulandıracaq jest edib.
meqale.com lente istinadən bildirir ki, Seda Sayan ötən gün İzmirdəki "Menemen"də səhnəyə çıxıb. Məşhur sənətçi 20 il əvvəl "Sabah" verilişinə tamaşaçı olaraq gələn əlil pərəstişkarı üçün xüsusi maşın göndərərək təxminən 4 saatlıq məsafədəki Dənizlidən gətizdirib.
O, pərəstişkarı üçün ön oturacağı ayırıb. Seda Sayan onu yenidən proqramına qatılmaq üçün İstanbula dəvət edib.