Səfir: “Azərbaycan Ermənistanla münasibətlərin tam normallaşmasında maraqlıdır”
Danimarka Azərbaycan və Ermənistan arasında sülh prosesində rol oynaya və regional əməkdaşlığın inkişafına töhfə verə bilər.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Danimarkanın "Kristeligt Dagblad" qəzetinə açıqlamasında Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov deyib.
O qeyd edib ki, Bakı İrəvanla münasibətlərin tam normallaşmasında maraqlıdır:
"Bizim gündəliyimiz sülhün bərqərar olduğu, firavan Cənubi Qafqaz yaratmaq təşəbbüslərinə əsaslanır. Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsinə ərazi bütövlüyünə qarşılıqlı hörmət, ərazi iddialarından imtina, güc tətbiq etməmək, sərhədin müəyyən edilməsi və kommunikasiya xəttinin yaradılması kimi beynəlxalq hüququn prinsiplərinə əsaslanan beş maddə daxildir".
Diplomatın sözlərinə görə, son aylarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən müsbət dəyişikliklər baş verib: