Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək
ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa görə cəza çəkən amerikalı Pol Uilanı ziyarət edəcək.
meqale.com musavat.com-a istinadən bildirir ki, bu barədə ABŞ səfirliyinin X-dəki (keçmiş Twitter) səhifəsində məlumat verilib.
"Səfir Treysi qanunsuz saxlanılan ABŞ vətəndaşı Pol Uilanı ziyarət etmək üçün Mordoviyadakı cəzaçəkmə müəssisəsinə gedir. Rusiyada saxlanılan ABŞ vətəndaşlarının acınacaqlı vəziyyəti ABŞ hökuməti üçün əsas prioritet olaraq qalır və biz Polun dərhal azad edilməsinə çağırışımızı təkrar edirik".
Pol Uilan 2018-ci ildə Rusiyada casusluqda təqsirli bilinib və Mordoviya koloniyasında cəzasını çəkməyə davam edir.