Səfirin transparan geyimi müzakirələrə səbəb oldu - VİDEO - FOTO
ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl tədbirdə geyimi ilə diqqət çəkib
meqale.com xəbər verir ki, ABŞ-nin Yunanıstandakı yeni səfiri Kimberli Qillfoyl Amerika-Yunanıstan Ticarət Palatasının Şükranlıq Günü tədbirində diqqət mərkəzində olub. Onun şəffaf və bəzəkli transparan geyimi sosial şəbəkələrdə geniş müzakirə edilib.
Tədbirdə qonaqlar səfirlə fotolar çəkdirmək üçün növbəyə düzülüblər.
Qeyd edək ki, keçmiş prokuror və "Fox News" aparıcısı olan Qillfoyl 18 sentyabr 2025-ci ildə Senat tərəfindən təsdiqlənərək vəzifəsinə başlayıb.
O, ABŞ prezidenti Donald Trampın oğlu Donald Trump Jr.-ın keçmiş nişanlısı olub.