Papa sabah Ərdoğanla görüşəcək

Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.

Papa sabah Ərdoğanla görüşəcək
Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.

meqale.com xəbər verir ki, vəzifəsinin altıncı ayında həyata keçiriləcək səfər çərçivəsində o, Ankara, İstanbul və Nikeyanı (İznik) ziyarət edəcək. Proqramın Livan mərhələsi də daha sonra baş tutacaq.

Papa Leo XIV sabah Ankaraya gələrək səfərinə Anıtkabiri ziyarətlə başlayacaq. Ardınca Beştəpədə rəsmi qarşılanma mərasimi keçiriləcək və Papa Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ankaradakı görüşlərdən sonra o, elə həmin gün İstanbula yollanacaq. Cümə günü Harbiyedəki Müqəddəs Esprit Katedralında xristian ruhaniləri ilə görüş keçirəcək.

Daha sonra Feriköydəki Fransız Kasıblar Evinə - yoxsullar üçün qocalar evinə baş çəkəcək. Səfərin sonunda Papa Leo XIV helikopterlə Nikeyaya (İznik) gedəcək.