Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi
Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

meqale.com Trend-ə istinadən bildirir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirlinin "X" platformasındakı hesabında dərc edilib.

"Israir Airlines" tərəfindən 20, 23, 25, 27, 30 oktyabr tarixlərində Təl-Əviv - Bakı istiqamətində olan uçuşlar üzrə biletlərin satışı elan edilib. Biletlər israir.co.il saytı üzərindən əldə oluna bilər", - deyə müraciətdə bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.