Səfirlikdən Fransada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
Azərbaycanın Fransadakı səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluq|arında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.