Şəhid atası kollecə direktor təyin olunub

Filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Şəhid atası kollecə direktor təyin olunub
Filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə meqale.com-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.

Bildirilib ki, Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.

Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır. Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.