Şəhid xanımı vəfat etdi

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.

Şəhid xanımı vəfat etdi
Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhid xanımının xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, şəhid Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.