Şəhidin qardaşı dünyaya gəldi - FOTO

Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

Şəhidin qardaşı dünyaya gəldi - FOTO
Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.