Səhiyyə Nazirliyi 260 minlik avtomobillər alır

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yeni avtomobillər alır.

Səhiyyə Nazirliyi 260 minlik avtomobillər alır
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yeni avtomobillər alır.

meqale.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sifariş edilən avtomobillərin (Offroader / SUV, 5 qapı) sayı 6 ədəddir.

Nəqliyyat vasitələrinin istehsal ilinin 2024-cü il olması əsas şərtlərdəndir.

Nazirlik avtomobillərin 260 640 manata başa gələcəyini ehtimal edir.