Səhnəyə çıxardığı qadın həbs olundu - FOTO
Amerikalı reper Ben Heqirtinin (Macklomere) başına maraqlı hadisə gəlib.
meqale.com olay.az-a istinadən xəbər verir ki, sənətçi Bratislavada bir festivalda səhnəyə xanım pərəstişkarını çıxarıb.
Lakin qadının polis tərəfindən axtarıldığı üzə çıxıb. Konserti izləyənlərdən biri həmin şəxsi tanıyıb və polisə xəbər verib. Sözügedən fanat qadın bundan sonra həbs olunub.