Şəhriyar Məmmədyarovdan Nicat Abasova dəstək: "Sona qədər inanırıq"

"Nicat gözəl şahmatçıdır".

Şəhriyar Məmmədyarovdan Nicat Abasova dəstək:
"Nicat gözəl şahmatçıdır".

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu fikirlər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur.

Kanadada keçirilən İddiaçılar Turnirində Nicat Abasovun sekundant-məşqçisi olan təcrübəli şahmatçı sosial şəbəkə hesabında son turda məğlubiyyətdən sonra təmsilçimizə dəstək nümayiş etdirib.

O bildirib ki, Nicatdan qələbə gözləyir: "Belə turnirdə ölkəmizi təmsil elədiyin üçün sənə böyük təşəkkürlər düşür. Nicat bacardığını edir və bu, gözəldir. Belə turnirdə sənin məğlubiyyətin ağır olur. Biz şahmatsevərlər sənə gözəl mübarizə üçün təşəkkür edirik. Sənə sona qədər inanırıq və səndən gözəl bir qələbə gözləyirik. Sənin yanında olmaq çox xoşdur".