Şəhriyar Məmmədyarovun dünya reytinqindəki yeri açıqlandı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların mart üçün dünya reytinqini dərc edib.
meqale.com oxuya istinadən xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Doqquz pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb. Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.
Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz isə dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Buna səbəb Günay Məmmədzadənin 15 pilləlik geriləməsidir. O, 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) dörd pillə irəliləyərək 85-ci olub.