"Sehrli cinlər" GƏLİR: Ən ağıllı insandan daha ağıllıdır
Tesla və SpaceX-in icraçı direktoru, dünyanın ən varlı adamı Elon Musk süni intellektin inkişaf etməsi ilə bəşəriyyətin 21-ci əsrdə artıq işləmək məcburiyyətində qalmayacağını iddia edib.
meqale.com musavat.com-a istinadən bildirir ki, İngiltərənin paytaxtı Londonda keçirilən "Süni İntellekt" Təhlükəsizlik Sammitinə qatılan Mask İngiltərənin Baş naziri Rişi Sunak ilə bölüşdüyü səhnədə gələcəklə bağlı proqnozlar verib.
Mask robotların "insanın sahib ola biləcəyi ən yaxşı dost" olacağını ifadə edib:
"Robotlar insanların hər bir söhbətini xatırlayacaq və sahiblərinin qeyri-məhdud istəkləri yerinə yetirə bilən "sehrli cinlər"ə çevriləcək. İlk dəfə ən ağıllı insandan daha ağıllı bir şeyə sahib olacağıq. Elə bir məqam gələcək ki, heç bir işə ehtiyac qalmayacaq. İnsanlar öz şəxsi məmnuniyyətləri üçün işləməyə davam edəcəklər, lakin əsas etibarilə süni intellekt sayəsində işləməyə ehtiyac qalmayacaq".