Şəkər haqqında ŞOKEDİCİ fakt - Dərhal imtina etməlisiniz!

Kafe və restoranlarda satılan desertlərin tərkibində təhlükəli miqdarda şəkər ola bilər.

Şəkər haqqında ŞOKEDİCİ fakt - Dərhal imtina etməlisiniz!
Kafe və restoranlarda satılan desertlərin tərkibində təhlükəli miqdarda şəkər ola bilər.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" Britaniyanın şəkərin insanlara təsirini araşdıran "Action on Sugar" ictimai təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, onlar Britaniyanın ictimai iaşə müəssisələrində 700-dən çox desert və içkini təhlil edərək məyusedici nəticələrə gəliblər: onların bəzilərində 133 qrama qədər şəkər olub. Smuzilərin "sağlamlığa faydaları" ilə bağlı nəticələr də ürəkaçan olmayıb. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı gündə 30 qramdan çox şəkər istehlak etməyi tövsiyə etmir ki, bu da təxminən yeddi-səkkiz çay qaşığına bərabərdir.