Şəkidə 42 yaşlı kişini maşın vurdu
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Şəki-Oğuz şossesində olub.
Belə ki, "VAZ-21099" markalı minik avtomobili Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədov Murad Oktay oğlunu vurub. Ətraflı
Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.