Şəkidə 53 yaşlı qadın 5 gündür yoxa çıxıb
Şəkidə 53 yaşlıq qadın itkin düşüb.
meqale.com lente istinadən bildirir ki, hadisə Şəki şəhərində qeydə alınıb.
Şəhər sakini, 1970-ci il təvəllüdlü Xatirə Əliyeva iyulun 24-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi barədə məlumat verilib.
Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.