Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ
Dünənki terror hadisəsində şübhəli şəxs qismində tanınanlardan birinin aksiyada iştirak etmədiyi üzə çıxıb.
meqale.com xəbər verir ki, həmin şəxsin adı Rüstəm Nəzərovdur. O, bütün günü ailəsi ilə Samarada evdə olub.
29 yaşlı Rüstəmin bacısı Pərvinə deyib ki, qardaşı əvvəlcə onunla və valideynləri ilə nahar edib, sonra onu evə aparıb. Səhər saatlarında fotosunu terrorçuların siyahısında görən Rüstəm özü polisə gedib. Onun ifadə verdiyi bildirilir.