Səlçuk İnan bu komandaya baş məşqçi təyin edildi
Yeni mövsümdə Türkiyə Superliqasında mübarizə aparacaq "Kocaelispor"un yeni baş məşqçisi məlum olub.
meqale.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə tanınmış mütəxəssis Səlçuk İnan gətirilib. Onunla 1+1 illik müqavilə imzalanıb.
Səlçuk İnan son olaraq "Qaziantep" komandasında işləyib.