Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

meqale.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1983-cü il təvəllüdlü M.Qarayeva və 1984-cü il təvəllüdlü S.Əliyeva xəsarət alıblar.

Onlardan biri mərkəzi rayon xəstəxanasına yerləşdirilib, digəri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.