Şəmkirdə evdə partlayış oldu - Xəsarət alan var
Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun kəndlərinin birində, yaşayış evində qeydə alınıb.
Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub.