Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib
Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.