Şəmkirdə maşın aşdı, ana və uşaq öldü - ADLAR - YENİLƏNDİ

Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.

Şəmkirdə maşın aşdı, ana və uşaq öldü - ADLAR - YENİLƏNDİ
Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.

meqale.com APA-ya istinadən bildirir ki, ölən şəxslər 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyevdir.

Qeyd edək ki qəzaya düşənlər Tovuz rayon sakinləridir.

-------

20:47

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

meqale.com report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.