Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub, yaralılar var - YENİLƏNİB
09:20
Dünən saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
meqale.com xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
18:27 2025.09.07
Şəmkir rayon ərazisində təcili tibbi yardım biriqadası qəzaya uğrayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, təcili tibbi yardım maşını idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.