Şəmkirdə valideyn DİQQƏTSİZLİYİ: Azyaşlı bacılar kimyəvi məhlul içdilər və...
Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan 2 azyaşlı uşaq kimyəvi məhluldan içiblər.
meqale.com report-a istinadən xəbər verir ki,2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.
Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.
Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.