"Sən demə yoldaşımı əmisi qızı ilə "göbək kəsdi" ediblər" - müğənni Almazxanım Musayevanın qeyri-adi həyatı

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

meqale.com Baku TV-yə istinadla xəbər verir ki, proqramın budəfəki qəhrəmanı ifaçı Almazxanım Musayeva olub.

Məktəbdə müəllimlərin sevimlisi olduğunu söyləyən A.Musayeva, həmçinin gözəl səsinin olduğunu bildirib:

"Müəllimlərim dərslərdə mənə mahnı oxudurdular. Hətta 8-ci sinifdə imtahanda da mahnı oxumağımı istəmişdilər, bunun əsasında mənə qiymət yazdılar. Uşaqlar da məni çox istəyirdilər. Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim. Həmişə atamın böyründə gəzirdim, onun gördüyü işlərlə maraqlanırdım".

Oxumaq üçün Gədəbəydən Bakıya gəldiyini deyən ifaçının sözlərinə görə, burada musiqi təhsili alaraq toylara getməyə başlayıb: "Atam həkim idi. Müasir adam olduğu üçün bu qərarıma etiraz etmədi. İlk olaraq imtahan verib Kitabxanaçılıq fakültəsinə qəbul oldum. Sonra o sahə üzrə təhsil almaq istəmədiyimə görə musiqiyə yönəldim".

İfaçı ailə həyatından bəhs edərkən bildirib ki, keçmiş həyat yoldaşı sənət dostu olub: