Sənətini dəyişdi - Bundan sonra aktrisalıq etməyəcək - FOTO

Dünyaşöhrətli aktrisa Ancelina Coli artıq aktrisalıq etməyəcək.

Sənətini dəyişdi - Bundan sonra aktrisalıq etməyəcək - FOTO
Dünyaşöhrətli aktrisa Ancelina Coli artıq aktrisalıq etməyəcək.

meqale.com qafqazinfoya istinadən xəbər verir ki, Coli bundan sonra musiqili ekran işinə prodüserlik edəcəyini açıqlayıb. 

Belə ki, karyerasında yeni yola çıxmağa hazırlaşan aktrisa daha öncəki açıqlamalarında öz brendinə fokuslanmaq istədiyini bildirmişdi. 

Məlumata görə, Ancelina Coli "The Outsiders" adlı Brodvey musiqili filminin prodüseri olacaq. "The Outsiders" S. E. Hintonun romanı və Frensis Ford Koppolanın eyniadlı filmi əsasında çəkiləcək. Filmdə baş rolları Tom Kruz, Diane Leyn, Rob Lou, Patrick Suayze oynayıb. Musiqili ekran işində isə kimin rol alacağı hələ açıqlanmayıb.

Coli mövzu ilə bağlı danışarkən, "Ümid edirəm ki, bu inanılmaz komandadan həm çox şey öyrənə, həm də töhfə verə bilərəm", - deyib.