“Sənətkar pul üçün kimisə peşəkar kimi qəbul etdirir” - Qalmaqal böyüyür

Müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək olub.

“Sənətkar pul üçün kimisə peşəkar kimi qəbul etdirir” - Qalmaqal böyüyür
Müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək olub.

meqale.com xəbər verir ki, o, ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edən Nadirə bunları yazıb

"Nadir bu sözümü ömür boyu yadında saxla. Sən bundan sonra  hardasa mənim xətrimə dəysən,  məni itələyib yıxsan da, inciyib küsməyəcəm. Sənə bu videoya görə öz minnətdarlığımı bildirirəm bunu tək sən etdin. Heç kim məndən inciməsin hərənin öz yeri var qəlbimdə, mən də hamının sənətinə və özünə hörmətlə yanaşıram. Hər janrda musiqini dinləyirəm, sadəcə ona pis oldum ki,  bir sənətkar ehtiyac üçün pul verilsin deyə hamının beyninə nəyisə, kimisə peşəkar kimi qəbul etdirmək istəyir, ona çox kövrəldim. Allah imkansızlığın üzünü qara etsin. Biz həmin sənətkarı da  yanımıza çəkməliyik, onuda toylara salmalıyıq ki, bu yollara əl atmasın, günah bizdədir, sənətkarımızı ac qoyuruq, kömək etmirik, oda kimlərisə tərifləmək məcburiyyətində qalır. Bu gün çox ağladım  o müsahibəni görəndə, Allah şahiddir ki, indi də ağlaya-ağlaya yazıram.