"Sənin dədən mənimlə çox yaxın olub" - Xaçatryanın məhkəməsi - VİDEO
Vaqif, məni, atamı tanıyırdın, niyə bizə zülm verirdin?
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Bayram Hacıyev deyib.
"Üzərimizə hücuma keçdilər, uşaq, qadın demədən hər kəsə divan tutdular", - deyə zərərçəkmiş qeyd edib.
Daha sonra B.Hacıyev Vaqif Xaçatryana ən ağır cəza verilməsini istəyib.
Daha ətraflı videoya baxa bilərsiniz:
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.