SEPAH baş komandanı qəza yerinə gəldi
SEPAH-ın Ali Baş Komandiri Hüseyn Salami prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı bölgəyə gəlib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onu SEPAH Quru Qoşunlarının Komandanı və SEPAH-ın bir qrup yüksək rütbəli komandirləri müşayiət edir.
Hazırda Vərziğanın Süngün mis mədəninin inzibati binasında SEPAH komandirləri, prezidentin müavini və bir neçə nazirin iştirakı ilə xüsusi iclas keçirilir.