Separatçılar arasında silahlı toqquşma - Əsgəran yaxınlığında...
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silahlı erməni separatçılar arasında bu gecə toqquşma olub.
Silahlı insident sabiq Ağdərə rayonunun mərkəzində yaşanıb.
Qarabağlı erməni separatçılarının "10-cu Müdafiə Xətti" adlandırdıqları və qərargahı Təpəkənddə yerləşən "Yexnikner" ("Marallar") dəstəsinin komandiri Karen Calavyanın müavini Aram Serobyana 2 atəş açılıb.
A.Serobyanın vəziyyətinin ağır olduğu bildirilir.
Atışmada A.Serobyanın sürücüsü və hücum edən şəxslərdən iki nəfər ağır yaralanıb.
İlkin məlumatlara görə, hücum edənlərin Əsgəran yaxınlığındakı silahlı dəstənin mənsubları olduğu bildirilir.