Separatçılardan Tiflisə mesaj: Münaqişə yaşana bilər!
Gürcüstanla silahlı münaqişə istəmirik, lakin Ukrayna tərəfində döyüşən gürcü əsilli radikalların ölkəyə qayıdacağı təqdirdə belə bir ssenarinin olması istisna deyil.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Abxaziya "xarici işlər naziri" İnal Ardzinba deyib.
"Müharibə istəmirik. Gürcüstanın də müharibə istəmədiyinə ümid edirik. Lakin məsələn, Ukraynada müxtəlif radikal qruplaşmaların neo-nasistlərin tərəfindən döyüşdüyünü görürük. Onlar qayıdarsa, müxtəlif ssenarilər baş verə bilər", - deyə o bildirib.