Serbiya hökumətindən ETİRAF: "Bizi Putin qorudu"
Rusiya kəşfiyyat xidmətləri Serbiya hökumətini Belqradda müxalifətin etiraz aksiyası zamanı mümkün iğtişaşlar barədə xəbərdar edib.
meqale.com musavat.com-a istinadən bildirir ki, bu etiraf Serbiyanın baş naziri Ana Brnabiç tərəfindən gəlib.
"Bizim kəşfiyyat xidmətlərinə bununla bağlı məlumatlar daxil olub. İlk növbədə, Rusiya təhlükəsizlik xidməti bizi informasiya ilə təmin edib", - deyə Brnabiç deyib.
Bununla bağlı Serbiya prezidenti Aleksandar Vuçiç də xarici kəşfiyyat xidmətlərindən məlumat aldıqlarını bildirmiş, lakin hansı ölkələrlə danışdığını dəqiqləşdirməmişdi.
Qeyd edək ki, ötən gün Serbiyanın paytaxtında müxalifətin son seçkilərin nəticələrinin ləğvi tələbi ilə keçirilən mitinqində mülki insanlarla polis arasında toqquşma baş verib.