Sərhəddə saxlanılan Çexiya vətəndaşı... - Ritter

Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşının missiyanın əməkdaşı olmadığını bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, Ritter bu barədə erməni mediasına açıqlamasında deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. O, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.