Sərnişin özünü çamadanla səhv saldı
Vladiqafqaz hava limanında yaşlı sərnişin təyyarəyə çıxışı baqaj lenti ilə qarışdırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, yaşlı qadın qeydiyyatdan dərhal sonra baqaj lentinə minib. O, çamadanlarla birlikdə səyahət etmək qərarına gəlib.
Lakin ayırıcı pərdəyə çatdıqda, onun başı aparata dəyib və qadın yıxılıb. O, uzanmış vəziyyətdə baqaj bölməsinə yollanıb.