Şərti düşmənin hava hədəfləri zərərsizləşdirildi - VİDEO
Bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən (MN) meqale.com-a verilən məlumata görə, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.
Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.