Şərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşıdır - TƏFƏRRÜAT
Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
meqale.com APA-ya istinadən bildirir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.