Sərxoş halda saxlanılan Castin hakim qarşısına çıxdı
İyunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan və daha sonra zaminə buraxılan Castin Timberleyk video zəng vasitəsilə hakim qarşısına çıxıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, qısa məhkəmə prosesi zamanı hakim onun təqsirsizlik iddiasını qəbul edib və Nyu-York ştatında sürücülük hüququnu ləğv edib.
Hazırda Avropada qastrol səfərində olan müğənninin ABŞ-a qayıtması tələb olunmayıb.