Səudiyyə İranın hücumlarının qarşısını alıb?
Səudiyyə Ərəbistanı İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirak etməyib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanının İranın hücumlarının qarşısının alınmasında koalisiya qüvvələrinə dəstək verdiyinə dair iddia səsləndirilmişdi.