Sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm – Laçın sakini
Bu gün sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Laçına geri dönən sakin Gülsüm Vəliyeva deyib.
O qeyd edib ki, doğma torpaqdan ayrı yaşamaq çox çətin idi.
"Mən oradan çıxanda 26 yaşım var idi, indi 56 yaşımda doğma torpağıma qayıdıram. Heç kimə bu acı həyatı yaşamağı arzu etmirəm. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar bizə bu sevinci yaşatdı. 30 ildən sonra doğma vətənimizə qayıdırıq", - deyə o qeyd edib.