“Sevirəm” parkı genişlənir, istismar müddəti bitmiş tikililər sökülür

"Hazırda Xətai rayonunda yerləşən "Sevirəm" parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi aparılır".

Bu barədə meqale.com-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir. Yaxın günlərdə sökülən tikililərin yerində abadlıq işləri görülərək bu sahə mövcud parkın ərazisinə qatılacaq və vətəndaşlarımızın istirahəti üçün burada müvafiq şərait yaradılacaq.