"Səxavət bizdən etibarlı çıxdı, Ağdamı tərk etmədi"

"Xəzər axşamı" komandası Əməkdar artist Firuz Səxavətlə birlikdə mərhum xanəndə Səxavət Məmmədovun məzarını ziyarət edib.

"Xəzər axşamı" komandası Əməkdar artist Firuz Səxavətlə birlikdə mərhum xanəndə Səxavət Məmmədovun məzarını ziyarət edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçi 30 il sonra ilk dəfə qardaşının məzarı önünə gələrkən keçirdiyi hisslərdən danışıb:

"Öz-özümə danışa-danışa gəldim Səxavətin məzarına. Onunla xeyli söhbət etdim. Səxavət bizdən etibarlı çıxdı. Heç vaxt Ağdamı tərk etmədi. Amma biz 30 il də olsa, tərk etdik. İnanırdım ki, Səxavətin məzarı oradadırsa, biz Ağdama qayıdacağıq".